Alen Simonyan: Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq istəyini haqlı hesab edirik
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq səylərini haqlı hesab edir.
Bu barədə NUHÇIXAN Ermənistan KİV-inə istinadən məlumat verir.
"Aydındır ki, Azərbaycan üçün gələcəkdə hər hansı təhlükənin qarşısını almaq və onun, deyək ki, 50 və ya 100 il sonra baş verməsinə imkan verməmək vacibdir... Hər şey ola bilər", - Simonyan jurnalistlərə bildirib.
O, kommunikasiyaların mümkün qədər tez açılmasının Ermənistan üçün vacib olduğunu vurğulayıb.
"Tramp marşrutu"na (Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsi) gəlincə, parlament spikeri hesab edir ki, "Ermənistan şirkəti enerji infrastrukturunun, digər şirkət isə dəmir yolunun tikintisi ilə məşğul ola bilər".
"Bu məsələləri Ermənistan-ABŞ birgə şirkəti həll edəcək", - o əlavə edib.