ABŞ və Yaponiya ikihəftəlik hərbi təlimlərə başlayıb

A- A A+

ABŞ və Yaponiya hərbçilərinin iştirakı ilə ikihəftəlik “Resolute Dragon” təlimləri başlayıb.

NUHÇIXAN CNN telekanalına istinadla xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun məlumatına görə, təlimlər Yaponiya ərazisində, Tayvanın şərq sahillərindən 125 kilometr aralıda yerləşən ucqar Ryukyu adalarında keçiriləcək.

Təlimlərin iştirakçıları bir sıra raket sistemlərindən istifadə etməyi planlaşdırırlar. Bu cür silahlar onlara həyati əhəmiyyət kəsb edən dəniz yollarını və relyefin əsas sahələrini qorumağa imkan verəcək.

Buraya ABŞ Ordusunun “Typhon” mobil buraxılış qurğusu da daxildir. Bu qurğu həm SM-6 zenit raketlərini, həm də 1600 kilometrə qədər uçuş məsafəsinə malik “Tomahawk” qanadlı raketlərini buraxa bilir. CNN xatırladır ki, ABŞ bu sistemi ilk dəfə 2024-cü ildə Filippində keçirilən təlimlər zamanı Sakit okeanda yerləşdirib və bunun ardınca Çindən tənqidlər gəlib.

İki ölkənin hərbçiləri, həmçinin Amerikanın 185 kilometr mənzilli gəmi əleyhinə NMESIS sistemlərindən və Yaponiyanın 1000 kilometrdən dən çox mənzilə malik idarəolunan raketlərindən istifadə edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: