İranın paytaxtı Tehran şəhərində Piruzi küçəsində ikimərtəbəli köhnə yaşayış binasında yenidənqurma işləri zamanı baş verən uçqun nəticəsində bir fəhlə ölüb, ikisi yaralanıb.
NUHÇIXAN İSNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Maliki bildirib.
Onun sözlərinə görə, hadisə binanın ikinci mərtəbəsində aparılan işlər zamanı baş verib. Hadisə nəticəsində Əfqanıstandan olan 42 yaşlı mühacir fəhlə ölüb, iki fəhlə isə yaralanıb.
Bildirilib ki, dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri yanğınsöndürənlərin 12 saatdan çox aparılıb. Cəlal Maliki dağıntı altında insan qalmadığını da vurğulayıb.