Türkiyənin 38 əyalətində İŞİD-ə qarşı əməliyyatda 161 nəfər saxlanılıb

A- A A+

Türkiyənin 38 əyalətində son bir həftədə keçirilən əməliyyatlar nəticəsində İŞİD terror qruplaşmasında fəaliyyət göstərməkdə, terror təşkilatını maliyyə dəstəyi ilə təmin etməkdə şübhəli bilinən 161 nəfər tutulub.

NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Ankara və İstanbul da daxil olmaqla 38 əyalətdə İŞİD-ə qarşı eyni zamanda əməliyyatlar keçirilib.

Əli Yerlikaya bildirib ki, İŞİD-in tərkibində fəaliyyət göstərdikləri və terror təşkilatına maliyyə dəstəyi təmin etdikləri müəyyənləşdirilən 161 şübhəli tutulub:

"Onlardan qanunsuz silahlar, qruplaşmaya aid çoxlu sayda sənəd və rəqəmsal materiallar ələ keçirilib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: