Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
NUHÇIXAN Britaniya hökumətinin saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, Rusiyanın bir sıra müdafiə müəssisələri və onun müdafiə sektoru ilə əlaqəli xarici şirkətlər sözügedən siyahıya daxil edib.
Bu tədbirlər Rusiyanın aviazərbələri nəticəsində Polşada NATO-nun hava məkanının pozulmasından və Kiyevdə Ukrayna Nazirlər Kabinetinin binasının zədələnmsindən sonra qəbul edilib.
Yeni sanksiyalar Rusiya neftini daşıyan "kölgə donanması"na, həmçinin hərbi komponentlərin əsas tədarükçülərini əhatə edib. Məhdudiyyətlər Rusiya ordusunu raket və digər silah sistemlərinin istehsalı üçün elektronika, kimyəvi maddələr və partlayıcı maddələrlə təchiz edən 30 təşkilat və fiziki şəxsə (27 hüquqi şəxs və 3 fiziki şəxs) tətbiq edilib.
Sanksiyalar siyahısına Çinin "Shenzhen Blue Hat International Trade Co., Ltd.", Türkiyənin "Mastel Makina Ithalat Ihracat Limited Sirketi", Rusiyanın "XIN YU LLC" şirkəti, Tailandın "SOGUZO CO., LTD" və "TECGR CO., LTD" şirkətləri daxil edilib.
Bu şirkətlər Ukraynada qeyri-sabitliyə səbəb olan və onun ərazi bütövlüyünü pozan texnologiya və malların tədarükündə ittiham olunur.