Media: Türkiyə hava limanlarına təyyarədə bomba barədə 6 yalan həyəcan siqnalı daxil olub

A- A A+

Son dörd gün ərzində Türkiyədə azı altı aviareysdə təyyarə göyərtəsində partlayış hazırlanması ilə bağlı yalan məlumatlar daxil olub.

NUHÇIXAN NTV telekanalına istinadla xəbər verir ki, zənglər Adıyaman, Sivas, Qaziantep, Konya və Çukurova vilayətlərinin hava limanlarına daxil olub.

Aparılmış operativ istintaqın nəticələrinə əsasən müəyyən olunub ki, zənglər fiziki şəxs adına qeydiyyata alınmış stasionar nömrədən edilib. Lakin həmin şəxs saxlanıldıqdan sonra məlum olub ki, nömrə “klonlaşdırılıb” və ondan başqa şəxslər istifadə edib.

Nəticədə əksəriyyəti 18 yaşına çatmayan altı nəfər saxlanılıb. Onlardan ikisi məhkəmə qərarı ilə həbs edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: