Slovakiyada idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

A- A A+

Slovakiyanın qərbindəki Nove Zamki şəhəri yaxınlığında yüngül idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Slovakiyanın Tibbi Xilasetmə Xidmətinin Əməliyyat Mərkəzi məlumat yayıb.

"Nove Zamki şəhəri yaxınlığında ultra - yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub", - xilasedicilər qeyd ediblər. Məlumata görə, təyyarə Kamennıy-Most kəndi yaxınlığında qəzaya uğrayıb.

Polis hadisə yerinə Milli Hava və Dəniz İnsidentlərinin Təhqiqat İdarəsinin mütəxəssislərinin göndərildiyini bildirib.

"Qəzanın dəqiq səbəbləri və şəraiti müəyyən edilməlidir", - polisin mətbuat xidmətindən bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: