Rusiyanın Orlov vilayəti ərazisində dəmir yolunun yoxlanışı zamanı partlayıcı qurğular aşkarlanıb.
NUHÇIXAN-ın Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov məlumat verib.
O bildirib ki, qurğulardan birinin partlaması nəticəsində iki nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, baş vermiş hadisə ilə əlaqədar beş qatarın hərəkəti gecikdirilib.