ABŞ və Çin nümayəndə heyətləri Madriddə mübahisəli ticarət məsələləri, tariflər və ixrac məhdudiyyətləri ilə bağlı danışıqların növbəti mərhələsinə başlayıblar.
NUHÇIXAN bu barədə EFE agentliyinə istinadən xəbər verir.
ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, Çin nümayəndə heyətinə isə Dövlət Şurasının baş nazirinin müavini He Lifeng başçılıq edir.
Nümayəndə heyətlərinin sentyabrın 17-dək İspaniyada danışıqlar aparacağı gözlənilir.
Tərəflər bundan əvvəl Cenevrə, London və Stokholmda danışıqlar aparıblar.