Bu ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 16 milyard 252 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, hesabat dövründə ixrac 4 milyard 448 milyon dollar təşkil edib ki, bu 2024-cü ilin 8 ayı ilə müqayisədə 6,7 faiz çoxdur. İdxalın həcmi isə 9,8 faiz artaraq 11 milyard 804 milyon dollar olub.
Bildirilir ki, qeyd olunan dövrdə ölkənin mənfi ticarət saldosu 7 milyard 356 milyon dollar təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 45,3 faizini təşkil edir.