Türkiyə və Kanada dayanıqlı mədənçilik sahəsində əməkdaşlıq protokolu imzalayıb.
NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Mədənçilər Dərnəyi (TMD) ilə Kanada Mədənçilər Birliyi (MAC) arasında imzalanan sənəd Türkiyə mədənçilik sektorunun ekoloji və sosial riskləri daha səmərəli idarə etməsini dəstəkləmək məqsədi daşıyır.
Ankarada keçirilən imzalama mərasimdə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri üzrə Baş direktoru Arslan Narin, TMD-nin sədri Mehmet Yılmaz və MAC prezidenti Pyer Qratton iştirak ediblər.
A.Narin çıxışı zamanı qeyd edib ki, əməkdaşlıq çərçivəsində Türkiyədə də tətbiq olunmağa başlanacaq "Towards Sustainable Mining" proqramı dayanıqlı mədənçilik standartlarının formalaşmasına töhfə verəcək.
P.Qratton isə əlavə edib ki, Kanada hazırda bəzi çətinliklərlə üzləşir və buna görə də digər ölkələrlə dostluq münasibətlərini gücləndirməyə çalışır, Türkiyə ilə bu əməkdaşlığı da həmin səylərin bir parçası kimi qiymətləndirir.