Böyük Britaniya hökuməti və özəl sektor dənizçilik sahəsinə 1,1 milyard funt sterlinqdən çox sərmayə yatırmağı planlaşdırır.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, sərmayə sahil icmalarında inkişaf və yeni iş yerləri yaradacaq. Xüsusilə mühəndislik, “yaşıl texnologiyalar” və tikinti sahələrinin bundan faydalanacağı vurğulanıb. Yatırımlara Böyük Britaniya limanlarına 700 milyon funt sterlinq həcmində özəl sərmayə və dəniz daşımalarında emissiyaları azaltmaq üçün 448 milyon funt sterlinq dövlət dəstəyi daxildir.