Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabineti 2030-cu ilədək ölkənin milli kosmik strategiyasını təsdiq edib.
NUHÇIXAN xəbər verir ki, bu strategiya BƏƏ-nin qlobal kosmik elm və texnologiya mərkəzinə çevrilməsinə yönəlib. Belə ki, Əmirlik elmin inkişafına, qanunvericilik və maliyyə bazasına sərmayə yatıracaq, bu da kosmosun kəşfiyyatı ilə əlaqədar layihələri cəlb edəcək. Strategiyanın həyata keçirilməsində dövlət və özəl təşkilatlar, təhsil və tədqiqat institutları, layihələşdirmə mərkəzləri iştirak edəcəklər.
Kosmik strategiya özündə 36 məqsəd və 119 təşəbbüsü birləşdirir. Onların həyata keçirilməsində Əmirliyin 85 müəssisəsi iştirak edəcək.