“Texnofest İstanbul” 17-21 sentyabr tarixlərində olacaq

A- A A+

Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “Texnofest” 17-21 sentyabr tarixlərində Atatürk Hava Limanında keçiriləcək.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu il ilk dəfə Şimali Kipr Türk Cümhuriyyətində keçirilən festival  daha sonra “Mavi Vətən”lə bütövləşərək Türkiyənin dəniz gücünü və bu sahədəki qabaqcıl texnoloji səriştəsini 175 min ziyarətçiyə təqdim edib.

“Texnofest İstanbul” texnologiya yarışlarından tutmuş hava şoularına qədər müxtəlif tədbirlərə ev sahibliyi edəcək. 58 əsas və 137 alt kateqoriya üzrə yarışların ilkin seçmə mərhələsindən keçən komandalar 85 milyon lirədən çox maliyyə dəstəyi alacaqlar. Qalib komandalar ümumilikdə 65 milyon lirədən çox mükafat alacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: