Yaponiya yeni kosmik stansiya üçün yaşayış modulu inşa edəcək

A- A A+

Yaponiya Ay orbitinə çıxarılacaq yeni kosmik stansiyadakı astronavtlar üçün yaşayış modulunun inşası üzərində çalışacaq.

NUHÇIXAN ölkə KİV-lərinə istinadla xəbər verir ki, Amerika Aerokosmik Tədqiqatlar Agentliyi (NASA), Yaponiya Aerokosmik Agentliyi (JAXA) və Avropa Kosmik Agentliyi (ESA) və digər əlaqədar qurumlar “Gateway” adlandırılan kosmik stansiyanı 2026-cı ilədək inşa etməyi planlaşdırırlar. On komponentdən ibarət olacaq yeni kosmik stansiyanın inşası ilə əlaqədar vəzifə bölgüsü iştirakçı ölkələr arasında artıq aparılıb.

JAXA və ESA beynəlxalq yaşayış modulunun inşası ilə məşğul olacaq. JAXA, həmçinin NASA ilə birlikdə Ay stansiyasına yüklərin çatdırılması üçün yük modulunun inşasını həyata keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: