Çin ən innovativ ölkələr reytinqində Almaniyanı geridə qoyub

A- A A+

Sentyabrın 16-da Çin ilk dəfə BMT-nin illik innovasiya siyasətləri reytinqində Almaniyanı geridə qoyaraq ilk 10 ölkə siyahısına daxil olub.

NUHÇIXAN xəbər verir ki, ölkələri 78 göstərici üzrə sıralayan Qlobal İnnovasiya İndeksində (GII) Çin 139 iqtisadiyyat arasında 10-cu yerdə qərarlaşıb.

“Reuters” agentliyi xəbər verir ki, Pekin tədqiqat və inkişafa böyük sərmayə qoyur. Almaniya isə reytinq cədvəlində 11-ci yerdədir.

GII göstərir ki, Çin tədqiqat və inkişafa (R&D) dünyanın ən çox vəsait xərcləyən ölkəsi olmaq yolundadır.

Reytinq cədvəlində İsveçrə 2011-ci ildən bəri tutduğu ilk yeri qoruyub, üçüncü yerdə isə İsveç və ABŞ qərarlaşıb.

Çin 2024-cü ildə beynəlxalq patent müraciətlərinin təxminən dörddəbirini təşkil edərək ən böyük mənbə olaraq qalacaq, ümumi müraciətlərin 40%-ni təşkil edən ABŞ, Yaponiya və Almaniyada isə cüzi azalmalar qeydə alınıb.

Patent sahibliyi geniş şəkildə ölkənin iqtisadi gücünün və sənaye “nou-hau”sunun mühüm göstəricisi kimi qəbul edilir.

Reytinq sırasına görə ABŞ-dan sonra və Çindən əvvəl ilk onluqda qalan ölkələr bunlardır: Cənubi Koreya, Sinqapur, Böyük Britaniya, Finlandiya, Hollandiya və Danimarka.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: