MDB liderlərinin sammitində hərbi əməkdaşlıq, terrorrizmə qarşı mübarizə müzakirə olunacaq

A- A A+

Oktyabrda Düşənbədə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasının əsas mövzuları hərbi əməkdaşlıq və enerji təhlükəsizliyi olacaq.

NUHÇIXAN-ın "Belta"ya istinadən verdiyi məlumata görə, bunu MDB-nin baş katibinin birinci müavini İqor Petrişenko bildirib.

"MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının iclasları oktyabrın 9 və 10-da Düşənbədə (Tacikistan) keçiriləcək", - İ.Petrişenko qeyd edib.

İclaslar zamanı iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərinin, o cümlədən hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır. Enerji təhlükəsizliyi, terrorizmə və ekstremizmə qarşı mübarizəyə xüsusi diqqət yetiriləcək.

Bundan əlavə, sammitdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) MDB-də ona müşahidəçi statusu verilməsi ilə bağlı müraciətinə baxılması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: