İrakli Kobaxidze: Avropalı diplomatların böyük bir hissəsi özlərini gürcü cəmiyyətinə nifrət səfirləri kimi təqdim edirlər
Avropalı diplomatların böyük bir hissəsi özlərini gürcü cəmiyyətinə nifrət səfiri kimi təqdim edirlər. Bu yolverilməzdir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, səfirlərin vicdanla hərəkət etməsi vacibdir.
“Əslində bu gün gürcü xalqının gözündə Avropa bürokratiyası radikalizm, zorakılıq, demokratiyaya etinasızlıq və bütün bu yanlış hadisələrlə əlaqələndirilir. Təbii ki, bu, təkcə Avropa bürokratiyasının deyil, həm də Avropa İttifaqının imicinə və reputasiyasına birbaşa mənfi təsir göstərir”, - deyə Kobaxidze vurğulayıb.
Onun sözlərinə görə cəmiyyətin gözündə bu prosesi dayandırmaq lazımdır.