İtaliyada inflyasiya göstəricisi azalıb

A- A A+

Avqustda İtaliyada inflyasiya səviyyəsi əvvəlki aya görə 0,1 faiz azalaraq 1,6 faiz təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilir ki, ötən ay istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 0,1 faiz artıb. Avqustda enerji qiymətlərində azalma, ərzaq qiymətlərində artım müşahidə olunub. İnflyasiya göstəricisinin azalmasının, ilk növbədə, enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi ilə bağlı olduğu qeyd edilib. Ərzaq qiymətləri 5,6 faiz artıb, emal məhsullarının qiymətlərində azalma olub. Məişət məmulatları və fərdi qulluq məhsullarının qiymətləri isə 3,4 faiz artıb.

ISTAT-a görə, avqust ayında italyanlar üçün alış-veriş səbəti hələ də baha olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: