Yaponiya ABŞ-la yaxşı münasibətlər saxlamaq üçün hələ Fələstin dövlətini tanımayacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumatlı hökumət mənbələrinə istinadla məlumat yayıb.
Bir sıra hökumətlər, o cümlədən Britaniya, Fransa, Kanada və Avstraliya bu ay BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını daha əvvəl bəyan etmişdilər.
ABŞ İsrailin ən yaxın müttəfiqi kimi Fələstin dövlətinin tanınması ideyasını rədd edib.