Hindistanda musson yağışları səbəbindən 17 nəfər həlak olub

A- A A+

Hindistanın şimalında yerləşən Uttarakhand ştatında musson yağışları və torpaq sürüşmələri nəticəsində iki gün ərzində 17 nəfər həlak olub, 20-dən çox insan itkin düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "The New Indian Express" məlumat yayıb.

Bildirilib ki, Dehradun şəhərində nəqliyyat infrastrukturu zədələnib, yaşayış evləri dağılıb. Rispana və Bindal çayları üzərindəki körpülər güclü daşqın nəticəsində yararsız hala düşüb, bu da zərərçəkənlərə yardım göstərilməsini çətinləşdirib.

Bölgədə məktəblər müvəqqəti olaraq bağlanıb, dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: