Polşada "F-16"nın atdığı raket yaşayış binasına dəyib

A- A A+

Polşanın Viriki şəhərində yaşayış binası pilotsuz uçuş aparatı ilə yox, Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən atılan raketlə vurulub.

NUHÇIXAN xəbər verir ki, bu barədə TVN24 telekanalında əlaqələndirici xüsusi xidmətlər naziri Tomaş Siemonyak məlumat verib.

O qeyd edib ki, bütün sübutlar raketin Polşanın F-16 qırıcısından atıldığını göstərir. Nazir vurğulayıb ki, araşdırma davam edir və qalıqlar müəyyənləşdikdən sonra yekun nəticə ictimaiyyətə açıqlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: