ABŞ Prezidenti Donald Tramp yerli antifaşist “Antifa” hərəkatını terror təşkilatı kimi tanıyıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb. O, həmçinin hərəkatı maliyyələşdirənlərin ən yüksək hüquqi standartlara uyğun hərtərəfli araşdırılmasını tövsiyə edib.
Qeyd edək ki, ABŞ mediası siyasi fəal Çarli Kirkin ölümündə şübhəli bilinən şəxsin də “Antifa” hərəkatına bağlı olduğunu yazır.