Cənubi Koreya XİN rəhbəri çinli həmkarından KXDR-i dialoqa qaytarmaq üçün səy göstərməsini xahiş edib

A- A A+

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun Pekində çinli həmkarı Van İ ilə görüşdə Çindən Şimali Koreyanı dialoqa qaytarmaq üçün öz rolunu oynamasını istəyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb. Koreyalı nazir ölkəsinin Koreya yarımadasının nüvəsizləşdirilməsi və sülh əldə edilməsi istiqamətində irəliləyişə nail olmaq istədiyini bildirib.

"Nazir Ço Şimali Koreyanın dialoqa qayıtmasını təşviq etmək üçün Çindən dəstək istəyib, çünki Cənubi Koreya danışıqlar və əməkdaşlıq yolu ilə Koreya yarımadasında nüvəsizləşdirmə və sülhə doğru əsaslı irəliləyiş axtarır", - deyə Cənubi Koreya XİN-in açıqlamasında deyilir.

Çin xarici siyasət idarəsinin rəhbəri Van İ rəsmi Pekinin bölgədə sülh və sabitlik üçün konstruktiv rol oynamağa davam edəcəyini söyləyib.

Qeyd edək ki, Çin-Cənubi Koreya danışıqları rəsmi Seulunun ABŞ-Çin rəqabətinin dərinləşməsi fonunda Pekin ilə münasibətləri balanslaşdırmağa, eyni zamanda yeganə müttəfiqi Birləşmiş Ştatlarla möhkəm əlaqələri, Vaşinqton və Tokio ilə üçtərəfli tərəfdaşlığı qorumağa çalışdığı bir vaxtda baş tutub.

Oktyabrın sonunda Cənubi Koreyada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti keçiriləcək. Pekin hələlik təsdiqləməsə də, APEC sammitində Çin lideri Si Cinpinin iştirakı da gözlənilir. Seul hesab edir ki, Si Cinpinin APEC sammitinə səfəri sabit ikitərəfli əlaqələri təsdiqləməyə kömək edəcək və liderlərə Şimali Koreya da daxil olmaqla, qarşılıqlı maraq doğuran əsas məsələləri müzakirə etməyə imkan verəcək.

Xarici işlər naziri Ço Hyun çinli həmkarı ilə görüşdə izah edib ki, Cənubi Koreya ABŞ ilə ittifaqı möhkəmləndirməyə və inkişaf etdirməyə davam etsə də, hökumətin mövqeyi Çin ilə milli maraqlara və praqmatizmə əsaslanan strateji əməkdaşlıq tərəfdaşlığının yetkin inkişafını davam etdirməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: