Zelenski Böyük Britaniya ilə “Yüzillik tərəfdaşlıq sazişi”nin ratifikasiyası haqqında qanunu imzalayıb

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevlə London arasında bağlanmış “Yüzillik tərəfdaşlıq sazişi”nin ratifikasiyası haqqında qanunu imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının rəsmi saytında dərc olunub.

Qeyd edək ki, Ukrayna Parlamenti – Ali Rada sentyabrın 17-də sözügedən “Yüzillik tərəfdaşlıq sazişi”n ratifikasiyasına səs verib. Saziş 2024-cü il yanvarın 16-da Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfəri zamanı razılaşdırılıb. “Financial Times” qəzetinin yazdığına görə, bu sənəd Böyük Britaniyaya Ukrayna ərazisində faydalı qazıntıların hasilatı hüququ verə bilər.

Ukrayna hakimiyyət orqanlarının məlumatına əsasən, sənəd hər il Kiyevə azı 3,6 milyard ABŞ dolları həcmində hərbi yardımın göstərilməsini, Ukrayna hərbi-sənaye kompleksinə, o cümlədən pilotsuz uçuş aparatları və artilleriya istehsalına sərmayələrin yatırılmasını, müştərək donanmanın qurulmasını və texnologiya mübadiləsini nəzərdə tutur.

Ukrayna dövlət başçısının sözlərinə görə, sənəddə bəzi məxfi müddəalar da mövcuddur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: