Stokholm ətrafında orta əsrlərə aid ən iri gümüş xəzinələrindən biri tapılıb

A- A A+

Stokholm ətrafında təsadüfən 6 kiloqramdan çox ağırlığında böyük gümüş xəzinəsi tapılıb.

NUHÇIXAN xəbər verir ki, xəzinəni tapan şəxs bağ evinin yaxınlığında soxulcan axtararkən qiymətli əşyalarla qarşılaşıb.

Xəzinə XII əsrə aid hesab olunur və burada təxminən 20 min sikkə, həmçinin üzüklər, boyunbağılar və asqılar aşkar edilib. Tapıntılar çoxu nadir və yaxşı qorunmuş vəziyyətdədir.

Mütəxəssislərin sözlərinə görə, bu, İsveçdə tapılmış erkən orta əsrlərə aid ən iri gümüş xəzinələrindən biridir.

Mədəni irs haqqında qanuna əsasən, dövlət xəzinəni tapan şəxsdən onu almalı və bunun müqabilində ona böyük məbləğdə pul verə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: