Türkiyədə meşə yanğınları baş verib

A- A A+

Türkiyənin Aydın, Antalya və Muğla vilayətlərinin müxtəlif bölgələrində meşə yanğınları qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, alova müdaxilə üçün bölgəyə ümumilikdə 14 təyyarə, 20 helikopter, 153 yanğınsöndürən maşın, 14 iş texnikası və 815 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Bəzi yerlərdə yanğın nəzarət altına alınsa da, Antalya və Muğlada əsən güclü küləyin təsiri ilə alov yaşayış yerlərinə yaxınlaşıb, bəzi sakinlər təxliyə olunub.

Yanğınlarla mübarizə davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: