Ukraynanın büdcə layihəsi gələn il ərzində müharibənin davam etdirilməsini nəzərdə tutur

A- A A+

Ukraynanın 2026-cı il üçün dövlət büdcəsi layihəsində müharibənin davam etdirilməsi ssenarisi nəzərdə tutulub.

NUHÇIXAN Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko Ali Radada çıxışı zamanı bildirib.

"Əsas maliyyə sənədinin layihəsi 2026-cı il ərzində müharibənin davam etdirilməsini nəzərdə tutan ssenari əsasında formalaşdırılıb", - o qeyd edib.

Nazirin sözlərinə görə, buna görə də əvvəlki illərdə olduğu kimi, təhlükəsizlik və müdafiə sektorunun maliyyələşdirilməsi prioritet olaraq qalır.

Qeyd edək ki, baza ssenarisinə əsasən, 2026-cı ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1,817 trilyon qrivna (təxminən 44 milyard dollar) təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: