ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Herkules bürcündə iki qalaktikanın toqquşmasının fotoşəkilini yayıb.
NUHÇIXAN NASA-nın saytına istinadla xəbər verir ki, “Hubble” teleskopu Yer planetindən təxminən 230 işıq ili uzaqlıqda yerləşən NGC 6052 adlı obyekti qeydə alıb. Hələ 1784-cü ildə həmin obyekti ingilis astronomu Uilyam Herşel kəşf edib. Alim əvvəlcə onu “düzgün olmayan” formada qalaktika adlandırıb, lakin sonradan astronomlar uzunmüddətli tədqiqatlar nəticəsində müəyyən ediblər ki, NGC 6052 iki qalaktikanın toqquşmasından yaranan göy cismidir.
Astronomlar bildirirlər ki, Yer kürəsinin daxil olduğu Süd Yolu qalaktikasını da onun qonşusu Andromeda ilə toqquşma gözləyir. Onların hesablamalarına görə, bu hadisə təqribən 4 milyard ildən sonra baş verəcək.