Türkiyənin Rize vilayətində sel körpünü uçurub, torpaq sürüşməsi baş verib

A- A A+

Türkiyənin Rize vilayətində leysan yağması nəticəsində bəzi ərazilərdə yollar bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb.

NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, gecə boyunca davam edən güclü yağış xüsusilə Ardeşen, Fındıklı, Kalkandere və Çamlıhemşin rayonlarına ziyan vurub.

Fındıklı rayonundakı Arılı və Çağlayan çaylarında su səviyyəsinin qalxması nəticəsində daşqınlar baş verib.

Torpaq sürüşməsi səbəbindən Çamlıhemşin rayonunda Ayder yaylasına gedən yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Ardeşen–Çamlıhemşin avtomobil yolunun Şenyamaç kəndi yaxınlığında yerləşən körpü suyun səviyyəsinin qalxması nəticəsində uçub. İnsan itkisi qeydə alınmayıb.

Məlumata görə, yağış fasilələrlə davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: