Səudiyyə Ərəbistanı Yəmənə 368 milyon dollarlıq iqtisadi yardım ayırıb

A- A A+

Səudiyyə Ərəbistanı beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə 1,38 milyard rial (368 milyon dollar) dəyərində yeni iqtisadi yardım paketi təqdim edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Maliyyələşdirmə Səudiyyə Ərəbistanının Yəmənin İnkişafı və Yenidənqurulması Proqramı ("Saudi Program for the Development and Reconstruction of Yemen", SDRPY) vasitəsilə təmin edilib.

Ayrılan vəsait dövlət büdcəsini dəstəkləyəcək, neft məhsullarının tədarükü və Ədəndə vəliəhd şahzadə Məhəmməd bin Salman xəstəxanasının əməliyyat xərclərini ödəyəcək. İqtisadi yardım paketi Səudiyyə Ərəbistanı Kralı Salman Əbdül Əziz Al Səudun təşəbbüsü ilə ayrılıb.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə "Ənsar Allah" hərəkatının husi üsyançıları arasında silahlı qarşıdurma davam edir. O, ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətə səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli və ya ölkə əhalisinin təxminən 80 %-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 4 milyon nəfəri ötür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: