Rusiyanın hücumları nəticəsində Zaporojyedə 3 nəfər ölüb

A- A A+

Rusiya ordusunun hücumları nəticəsində Zaporojyedə (Ukrayna) 3 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

Ukrayna Prezidenti, həmçinin 25 yaşayış evinin zədələndiyini qeyd edib.

Onun sözlərinə görə, Sumıda dronlarla hücum nəticəsində çörək zavodu, məktəb və uşaq bağçası zədələnib, 1 nəfər yaralanıb.

V.Zelenski qeyd edib ki, Ukraynanın 7 vilayəti 140-dan çox pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb, onların bir qismi İran istehsallı "Shahed"lərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: