Qatvik hava limanında 2,2 milyard funt sterlinqlik yeni layihəyə rellaşdırılacaq

A- A A+

Böyük Britaniyanın nəqliyyat naziri Haydi Aleksandr Qatvik hava limanında ikinci uçuş zolağının inşasına rəsmi razılıq verib.

NUHÇIXAN “Independent”ə istinadla xəbər verir ki, layihənin dəyəri 2,2 milyard funt sterlinq təşkil edir. Qərara əsasən, Qərbi Sasseksdə yerləşən hava limanının ehtiyat uçuş zolağı 12 metr şimala köçürüləcək. Bu isə ildə əlavə 100 min uçuşa imkan yaradacaq.

H. Aleksandr layihəni iqtisadi inkişaf üçün açıq-aşkar düzgün addım adlandırıb və mənbələrin bildirdiyinə görə, yeni uçuş zolağından 2029-cu ildən əvvəl istifadə olunmağa başlanıla bilər. Qatvik rəhbərliyi qeyd edib ki, layihə ölkə iqtisadiyyatına hər il 1 milyard funt sterlinq əlavə gəlir gətirəcək və 14 min yeni iş yeri yaradacaq.

Özəl maliyyə hesabına həyata keçiriləcək layihə çərçivəsində “Airbus A320” və “Boeing 737” kimi dar gövdəli təyyarələrin yeni zolaqdan qalxışı mümkün olacaq. Eyni zamanda, taksi yollarının yenilənməsi və dəyişdirilməsi, terminalların genişləndirilməsi və yeni təyyarə qapılarının quraşdırılması da nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: