Ermənistandan ixrac 53 faiz azalıb

A- A A+

2025-ci ilin birinci yarısında Ermənistandan ixrac olunan məhsulların sayı təxminən 53 azalıb.

NUHÇIXAN “news.am” erməni saytına istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan parlamentin komissiya iclasında 2025-ci ilin birinci yarısı üzrə dövlət büdcəsinin icrası haqqında hesabatda bildirib.

Maliyyə naziri Ermənistandan ixracın 52,8 faiz azaldığını, bunun da qızıl, gümüş və platinin təkrar ixracının kəskin azalması ilə bağlı olduğunu qeyd edib. Eyni zamanda, yanvar-iyun aylarında mal idxalı da 38,6 faiz azalıb. Nazirin sözlərinə görə, bu, həm də təkrar ixracın kəskin azalması ilə bağlıdır.

Qeyd edək ki, Rusiya Ermənistanla ticarət dövriyyəsinin iki dəfə azalmasından şikayətlənmişdi. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda demişdi ki, 2025-ci ildə Ermənistanla ticarət dövriyyəsi, təxminən, iki dəfə azala bilər. Overçukun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib. Cari ilin sonunda isə bu rəqəmin təxminən 6 milyard dollara qədər düşəcəyi gözlənilir. 2025-ci ilin ilk yarısında göstərici cəmi 3,4 milyard dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: