Avropa Birliyi Qəzzanın bərpasını maliyyələşdirmək üçün donorlar qrupu yaratmağı planlaşdırır.
NUHÇIXAN İraq xəbər agentliyinə istinadla bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen deyib.
"Fələstin hakimiyyətinin mövcudluğu təhlükə altındadır, buna görə də hamımız daha çox səylər göstərməliyik. Buna görə də Fələstin üçün donorlar qrupu yaradacağıq və gələcəkdəki hər hansı bir Fələstin dövləti həm də iqtisadi cəhətdən davamlı olmalıdır. Bu, həmçinin Fələstin qonşularının dəstəyi ilə mümkün ola bilər. Biz avropalılar digər donorların səyləri ilə, koordinasiyalı şəkildə Qəzzanın bərpası üçün xüsusi bir alət yaradacağıq", – deyə Avropa Komissiyasının rəhbəri əlavə edib.