Çinin paytaxtı Pekində Qadınlar üzrə 4-cü Dünya Konfransının 30-cu ildönümü münasibətilə qadınların qlobal sammiti təşkil ediləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin rəsmisi Quo Ciakun bildirib ki, BMT-nin Qadınlar üzrə 4-cü Dünya Konfransının 30-cu ildönümünə həsr olunan sammit yaxın zamanlarda keçiriləcək.
XİN rəsmisi vurğulayıb ki, 5 il əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin 2025-ci ildə qlobal qadın sammitinin çağırılmasını təklif edib.
Xatırladaq ki, 1995-ci ildə Pekində keçirilmiş BMT-nin Qadınlar üzrə 4-cü Dünya Konfransı qadın və kişilərin hüquq bərabərliyi ideyalarına tərəfdar olduğunu bəyan edib. Tədbirdə qadınların imkanlarının genişlənməsi və vəziyyətlərinin yaxşılaşdırılması uğrunda fəaliyyət göstərmək istiqamətində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edilib.