Almaniyanın İsveçdən sifariş etdiyi “BvS10 CATV” tipli ilk üç qarüstü nəqliyyat vasitələsi Bundesverə təhvil verilib.
NUHÇIXAN Almaniya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, İsveçin “BAE Systems Hägglunds” şirkətinin istehsalı olan bu texnikalar Bundesverin tam təchizatı yolunda mühüm addım sayılır. Tamamilə yeni hazırlanan “BvS10 CATV” 1984-cü ildən Almaniya ordusunda istifadə olunan “Bv206 D” modelinin davamçısıdır. Ordunun sərəncamına “Husky 3” adı ilə daxil ediləcək bu texnikadan 367 ədəd sifariş verilib.
Çətin relyefdə hərəkət edə bilən zirehli texnika “Husky 3” şəxsi heyəti və avadanlığı qarlı-buzlu hava şəraitində, eləcə də dağlıq ərazilərdə, səhra və bataqlıqlarda təhlükəsiz şəkildə daşımaq imkanına malikdir. Müxtəlif məqsədlərlə istifadə ediləcək texnika əvvəlcə sərt iqlim şəraitində sınaqlardan keçiriləcək. Bundesverin çətin relyeflərdə müdafiə qabiliyyətinin və dayanıqlılığının gücləndirilməsi üçün nəzərdə tutulan “Husky 3”ün seriyalı çatdırılması 2026-2030-cu illərdə həyata keçiriləcək.
Bu layihə Bundesverin xüsusi maliyyə fondu hesabına həyata keçirilən ilk iri proqramlardan biridir. Almaniya bu texnikanı İsveç və Böyük Britaniya ilə birgə alır ki, bu da xərcləri bölüşdürməyə, vahid logistikaya və NATO daxilində qarşılıqlı uyğunluğa şərait yaradır.