Polşa Belarus ilə sərhədi açmaq qərarına gəlib

A- A A+

Polşa Belarus ilə sərhədi açmaq qərarına gəlib, müvafiq sənəd bu gün imzalanacaq.

NUHÇIXAN-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

Polşa sentyabrın 12-si gecə saatlarında sərhədi bağlayıb və bunun Rusiya-Belarus "Qərb-2025" hərbi təlimlərinin başlanması ilə əlaqədar olduğunu bildirib.

Həmin təlimlər sentyabrın 16-da başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: