“Raqasa” tayfunu Tayvanda 14 nəfərin ölümünə səbəb olub, 124 nəfər itkin düşüb

A- A A+

Sakit okeanda ilin ən güclü tayfunu olan “Raqasa” Çinin Tayvan adasında insan tələfatı və dağıntılara səbəb olub.

NUHÇIXAN xəbər verir ki, tayfunun gətirdiyi güclü külək və yağış səbəbindən adada 14 nəfərin ölüb, 124 nəfər itkin düşüb, 34 nəfər xəsarət alıb. Mərkəzi Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, insan tələfatı Hualien rayonunun Quanfu qəsəbəsində qeydə alınıb. Ərazidə yağıntının miqdarı 800 millimetrə çatıb. Nəticədə çaylar və göllər daşıb. Güclü külək, daşqın, torpaq sürüşmələri tikililərə, yollara, körpülərə, kommunikasiya xətlərinə, infrastruktura, avtomobillərə ziyan vurub. Qəsəbədən 8300 nəfər təxliyə edilib, 15 min evin elektrik təchizatı dayanıb. Təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılmasına qonşu yaşayış məntəqələrindən əlavə qüvvələr cəlb olunub.

Qeyd edək ki, super güclü tayfun kateqoriyasına aid edilən “Raqasa” sentyabrın 23-də Filippinin şimalında Kaqayan əyalətinə çatıb. Qasırğanın yaxın saatlarda Çinin materik hissəsinə çatacağı gözlənilir. Qabaqlayıcı tədbir kimi Quandon əyalətində 1,04 milyon nəfər təxliyə edilib, 80 mindən çox balıqçı qayığı limanlara toplanıb, açıq dənizdən 12 mindən çox işçi sahilə çağırılıb. Əyalətin 11 şəhərində tədris, istehsal, tikinti, digər iş fəaliyyətləri, ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Honkonq və Makau xüsusi inzibati əraziləri də daxil olmaqla Çində 700-dən çox uçuş ləğv edilib, qatarların hərəkəti dayandırılıb. Cuhay şəhərində fərdi avtomobillərin hərəkətinə qadağa qoyulub, əhaliyə evdə çıxmamaq barədə xəbərdarlıq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: