Zelenski ABŞ-ın dövlət başçısının ona etimadının artdığını bildirib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət başçısı Donald Trampın Kiyevdən daxil olan məlumata daha çox etibar etməyə başladığını bildirib.

NUHÇIXAN xəbər verir ki, Volodimir Zelenski bunu BMT-yə səfəri zamanı deyib.

“Donald Tramp əvvəllər Rusiya Prezidenti Vladimir Putinə etibar edirdi. İndi isə o, bizim kəşfiyyat və hərbi strukturlarımızın təqdim etdiyi məlumata daha çox inanır”, – deyə Ukrayna lideri vurğulayıb.

O, həmçinin Donald Trampla Rusiya Prezidenti arasında xüsusi təmasların mövcud olduğunu açıqlayıb. Volodimir Zelenskinin sözlərinə görə, həmin əlaqələrin hansı əsaslar üzərində qurulduğu ona məlum deyil.

Xatırladaq ki, daha əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Volodimir Zelenski Pekini sülhün qorunması istiqamətində aktiv mövqe sərgiləməməkdə günahlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: