Navrotski: Hazırda Polşada bir milyona yaxın ukraynalı qaçqın qalıb

A- A A+

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri, müxtəlif hesablamalara görə, Polşaya 2-3 milyon ukraynalı qaçqın gəlib. Hazırda isə Polşada bir milyona yaxın qaçqın qalıb.

NUHÇIXAN xəbər verir ki, bu rəqəmləri Polşa Prezidenti Karol Navrotski BMT Baş Assambleyasında çıxışı zamanı açıqlayıb. “Biz ürəyimizi, sərhədlərimizi, evlərimizin qapılarını açdıq. Maddi, maliyyə, hərbi və diplomatik yardım göstərdik. Bu gün Polşada bir milyon ukraynalı qaçqın yaşayır”, - deyə Navrotski bildirib.

Müharibə başlayandan dərhal sonra Polşa Ukrayna vətəndaşlarına respublikada qanuni yaşamaq, işləmək hüququ, həmçinin müxtəlif sosial müavinətlər və səhiyyə xidmətlərindən istifadə hüququ verib. Lakin sentyabrın birinci yarısında Polşa Seymi Ukraynanın işsiz vətəndaşlarına sosial müavinət verilməsini dayandıran qanun qəbul edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: