Türkiyədə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə yeni layihəyə start verilib

A- A A+

Hazırda dünya nizamını təhdid edən ən böyük problemlərdən bir də qlobal istiləşmə və iqlim dəyişikliyidir. Yer kürəsinin hər bölgəsinə təsir edən bu prosesin yaratdığı riskləri azaltmaq məqsədilə Türkiyədə “Sel və Quraqlığın İdarəedilməsi” layihəsinə start verilib.

NUHÇIXAN xəbər verir ki, Dünya Bankının 600 milyon dollarlıq maliyyə dəstəyi ilə başladılan layihə çərçivəsində iqlim dəyişikliyinə qarşı dayanıqlılıq artırılaraq, quraqlıq və daşqınların qarşısının alınması məqsədilə müəyyən tədbirlər həyata keçiriləcək.

Daşqın və quraqlıq risklərini azaltmaq, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı cəmiyyətin və infrastrukturun dayanıqlılığını gücləndirmək, bu istiqamətdə təşkilatlanma potensialı artırmaq məqsədilə icraya alınan layihə ilə təsirləri dərindən hiss edilən iqlim dəyişikliyinin səbəb olduğu sel və quraqlıq fəlakətlərinə qarşı effektiv və qətiyyətli mübarizə aparılacaq. Təbiətə əsaslanan həllər, müasir erkən xəbərdarlıq sistemləri və quraqlığı izləmə texnologiyaları vasitəsilə Türkiyənin su idarəçiliyi sahəsində davamlılığı artırılacaq.

Layihənin 2031-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: