Misir əl-Dabaa Atom Elektrik Stansiyasının (AES) ilk reaktorunun təzyiq konteynerini Rusiyadan qəbul etməyə hazırlaşır.
NUHÇIXAN “almasdar” saytına istinadla xəbər verir ki, bu məqsədlə Misirin elektrik və bərpaolunan enerji naziri Mahmud İsmət sentyabrın 24-də Dünya Nüvə Həftəsində iştirak etmək üçün Moskvaya səfər edib.
Eyni zamanda, misirli nazir Sankt-Peterburqdakı “AEM-Technology” zavodunda istehsal olunan təzyiq konteynerinin Misirə göndərilməsi tədbirində iştirak edəcək.
Qeyd edək ki, Misirin ilk AES-nin tikintisi üzrə saziş 2017-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Qahirəyə səfəri zamanı imzalanıb. Keçən ilin yanvarında stansiyanın təməli qoyulub. Sazişə əsasən, hər biri 1200 meqavat gücündə 4 nüvə reaktorunun tikintisi planlaşdırılır.