Çərşənbə günü axşam Danimarkanın Olborq aeroportu üzərindəki hava məkanı bir neçə pilotsuz uçuş aparatı ilə bağlı xəbərlərdən sonra bağlanıb.
NUHÇIXAN xəbər verir ki, polisin verdiyi məlumata görə, pilotsuz uçuş aparatları işıqlarını yandıraraq uçub və yerdən görünüb. Dörd aviareysi geri qaytarmaq lazım gəlib.
Milli polisin rəisi Torkild Foqde qeyd edib ki, Olborqda olan vəziyyət Kopenhagenin Kastrup hava limanında baş vermiş son insidenti xatırladır; burada da dronların fəaliyyəti qeydə alınıb. O, bazar ertəsi Kastrupda pilotsuz uçuş aparatlarının niyə vurulmadığı sualına cavabında bildirib ki, iki hava limanında şərtlər fərqlidir. Foqde əlavə edib ki, polis ölkə daxilində pilotsuz uçuş aparatlarının fəaliyyəti ilə bağlı çoxsaylı xəbərlər alıb.
Oxşar müşahidələr daha üç hava limanında da aparılıb.
Sərnişinlər üçün təhlükə barədə məlumat verilməyib, lakin polis və Danimarka Hərbi Hava Qüvvələri təhlükəsizlik tədbirlərini gücləndirib. Danimarka Hərbi Hava Qüvvələri bunların icazəsiz dron uçuşları olduğunu təsdiqləyib.
Son günlər oxşar hadisələr Norveçdəki Qardermuen hava limanında da baş verib. Bundan əvvəl Danimarkanın Baş naziri Mette Frederiksen Kastrupada dron hücumunu ölkənin kritik infrastrukturu üçün ən ciddi təhlükə adlandırmışdı.
Səhər saat 3:00 radələrində pilotsuz uçuş aparatları yoxa çıxdıqdan sonra hava məkanı yenidən açılıb. Cümə axşamı səhər uçuşları planlaşdırıldığı kimi yerinə yetirilib.
Danimarka və Norveçdəki dron hücumlarının arxasında kimin dayandığı dəqiq məlum deyil.