Media: İspan pilotlar Türkiyənin HÜRJET qırıcılarında təlim keçəcəklər

A- A A+

İspaniya hökumətinin qərarından sonra İspaniya Hərbi Hava Qüvvələrinin uçuş təlimi proqramı Amerika istehsalı olan F-5M çoxməqsədli qırıcılarını Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan HÜRJET təlim təyyarələri ilə əvəz edəcək.

NUHÇIXAN Türkiyənin “Star” qəzetinə istinadla xəbər verir ki, 2025-ci ilin oktyabr ayının sonunadək 30 ədəd HÜRJET təyyarəsi üçün sifarişin verilməsi planlaşdırılır.

Sövdələşmə Madridin əlavə olaraq Türkiyə istehsalı olan 15 təyyarə alması imkanını da ehtiva edir.

Qəzet qeyd edir ki, HÜRJET təyyarələrinin İspaniyaya tədarükü 2028-ci ildə başlayacaq.

TUSAŞ daha əvvəl HÜRJET seriyalı ilk partiyasının 2027-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyini bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: