Ermənistan gələn il müdafiə xərclərini 16 %-dək azaldacaq

A- A A+

2026-cı ildə Ermənistanın müdafiə xərcləri təqribən 16 % azaldılaraq 560 milyard dram (təxminən 1.46 milyard ABŞ dolları) təşkil edəcək.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, ölkə hökuməti bu gün 2026-cı il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib.

"2026-cı ildə Ermənistanın müdafiəsinin təmin edilməsinə, döyüş hazırlığının saxlanmasına, dövlət sərhədlərinin xarici düşmənlərdən qorunmasının təmin edilməsinə yönəldilən xərclər 560 milyard 98 milyon dram təşkil edəcək", - dövlət büdcəsi layihəsində qeyd olunub.

2025-ci ildə Ermənistan hərbi xərclərini 20 % artıraraq 664 milyard drama (1.73 milyard ABŞ dolları) çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: