Zelenski: Tramp Ukraynanın Rusiyaya cavab zərbəsi endirməsini dəstəkləyir

A- A A+

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı enerji və hərbi obyektlərinə zərbə endirməsini dəstəkləyir.

NUHÇIXAN Ukrayna mediasına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata müsahibəsində deyib. “Əgər onlar bizim enerji sektorumuza hücum etsələr, Prezident Tramp bizim Rusiya enerji sektoruna cavab zərbəsi endirməyimizi dəstəkləyir”, - deyə Ukrayna lideri bildirib. O, Kreml rəsmilərinə bomba sığınacaqlarının yerini öyrənməyi tövsiyə edərək vurğulayıb ki, Kiyev Rusiyaya qarşı ABŞ-ın uzaqmənzilli silahlarından istifadə etməyə hazırdır.

Müsahibəsində Zelenski, həmçinin münaqişə bitdikdən sonra prezident postundan getməyə hazır olduğunu bildirib. O qeyd edib ki, atəşkəs əldə olunarsa, seçkilərə hazırlaşmaq üçün parlamentə siqnal verə bilər.

Xatırladaq ki, Volodimir Zelenskinin səlahiyyət müddəti ötən il mayın 20-də başa çatıb. 2024-cü il prezident seçkiləri hərbi vəziyyətə və ümumi səfərbərliyə əsaslanaraq ləğv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: