Oktyabrın 4-də keçiriləcək yerli seçkilər zamanı zorakılıq olarsa, məsuliyyəti Avropa İttifaqı (Aİ) institutları da bölüşəcək.
NUHÇIXAN xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili yerli seçkilərə hazırlıqla bağlı açıqlamasında deyib.
Belə ki, o, seçki günü hər hansı zorakılıq baş verəcəyi təqdirdə, bunun məsuliyyətinin təkcə təşkilatçılara deyil, həm də onlarla həmrəylik nümayiş etdirən Aİ institutlarının üzərinə düşəcəyini bildirib.
"Seçki günü hər kəsin konstitusiya hüququndan azad şəkildə istifadə etməsi təmin olunmalıdır. Ancaq bu gün görürük ki, kriminal keçmişi olan və zorakı aksiyalar təşkil etməyi planlaşdıran "Milli Hərəkat" zorakılığa çağırış edir. Təəssüf ki, Avropa Komissiyasının bəzi nümayəndələri bu qrupla görüşlər keçirir və onların zorakılıqdan çəkinməsinə dair hər hansı çağırış səsləndirmirlər", – Papuaşvili vurğulayıb.
Papuaşvilinin sözlərinə görə, Avropa qurumları müxalifətlə görüşlər keçirməkdə azaddır, lakin əgər zorakılıq ehtimalı ilə bağlı açıq mövqe ortaya qoymasalar, baş verəcək hadisələrin siyasi və mənəvi məsuliyyətini də bölüşməli olacaqlar.