NASA alimləri asteroidə nüvə zərbəsi endirməyi təklif edib

A- A A+

NASA mütəxəssisləri də daxil olmaqla, "arXiv"dən olan beynəlxalq alimlər qrupu 2024 YR4 asteroidini nüvə zərbəsi ilə məhv etməyi təklif edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə alimlərin araşdırmasında göstərilib.

Alimlər "2024 YR4" asteroidinin Ay ilə toqquşmasının qarşısını almaq üçün iki üsul təklif ediblər. Birincisi asteroidin orbitinin dəyişdirilməsi, ikincisi isə nüvə silahından istifadə edərək səma cisminin məhv edilməsidir.

Sonuncu variant üçün bir meqaton tutumlu nüvə bombasından istifadə etmək kifayət edər. Komanda asteroidin məhv edilməsi planını 2028-ci ilin sonunda, səma cisminin Yerə yaxınlaşan zaman reallaşdırmağı təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: