Alimlər Antarktida buzlaqlarının altında 85 yeni “aktiv” göl aşkar ediblər

A- A A+

Ərimə nəticəsində yaranan su buzlaqların altında iki yolla əmələ gəlir. Birincisi geotermal mənbələr hesabına, ikincisi isə buzlaq hərəkət edərkən altındakı süxurla sürtünmədən əmələ gələn istilik nəticəsində. Bu su çökəkliklərdə toplanaraq buzlaqaltı göllərə çevrilir. Onlar buzlaqların hərəkətinə ciddi təsir göstərərək sürətini artıra bilər. Eyni zamanda, belə su hövzələri buzlaqların ərimə prosesində mühüm rol oynayaraq onun sürətinə dolayı yolla təsir edir.

NUHÇIXAN xəbər verir ki, Daha mühüm məqam göllərin sularının müəyyən vaxtdan sonra okeana axmasıdır. Bu zaman okeana qarışan şirin su axınları mövcud axıntıları poza, ekosistemlərdə ciddi dəyişikliklərə səbəb ola bilər. Belə hadisələri qabaqcadan proqnozlaşdırmaq və okeanlara təsirini qiymətləndirmək üçün alimlərin buzlaqaltı göllərin “işləmə mexanizmini” anlaması vacibdir. Lakin, məlum səbəblərə görə onların öyrənilməsi kifayət qədər çətindir.

Buzlaqaltı gölləri müəyyənləşdirməyin üsullarından biri buzlağın dəniz səviyyəsindən hündürlüyünü ölçməkdir. Bu göstəricinin dəyişməsi adətən iqlim amilləri (yağıntı və ya ərimə) ilə bağlı olur. Əgər buzlağın altında göl varsa, suyun səviyyəsindəki dəyişikliklər buzlağın hündürlüyünə də təsir edir, amma bu, iqlim faktorlarından dərhal sonra baş vermir, bəzən isə onlarla ümumiyyətlə əlaqəsi olmur.

Böyük Britaniyanın Lids, Edinburq və Liverpul universitetlərinin alimləri məhz bu üsulu tətbiq edərək Antarktidada 85 yeni aktiv buzlaqaltı göl aşkarlayıblar. Onlar 2010–2020-ci illərdə hündürlükölçən vasitəsilə əldə olunmuş məlumatları təhlil ediblər. Bu ölçmələr əsasən materikin sahilyanı bölgələrini əhatə edib (88 dərəcə cənub en dairəsindən yuxarı ərazilər).

Alimlərin aşkar etdiyi 85 aktiv buzlaqaltı göldən 73-ü Şərqi, 12-si isə Qərbi Antarktidada yerləşir. Onlardan altısı buzlaq hələ quru üzərində olduğu sərhəddən səkkiz kilometr məsafədədir. Həmin sərhəddən o tərəfdə isə buzlaq artıq suyun üzərində dayanır. Yeni müəyyən edilən su hövzələrinin yalnız beşdə biri nisbətən yavaş hərəkət edən buzlaqların altında yerləşir, qalanlarının böyük əksəriyyəti isə ildə 50 metrdən çox sürətlə hərəkət edən buzlaqların altında formalaşıb.

Tətbiq edilən metod göllərin dəqiq formasını və ölçülərini müəyyənləşdirməyə imkan vermir, yalnız ümumi parametrlər haqqında məlumat verir. Bununla belə, əldə edilən nəticələr göstərir ki, bu göllərin demək olar, hamısı uzunsov formadadır. Hətta onların uzun oxu həmişə buzlağın hərəkət istiqaməti ilə üst-üstə düşmür. Elmi işin müəllifləri bunu Antarktidanın buzlaqaltı relyefinin xüsusiyyətləri ilə, xüsusilə də çatlarla zəngin olması ilə əlaqələndiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: